Ukraynalılar yerli istehsal olan “RPS-7 Ingul” innovativ elektron kəşfiyyat stansiyasını sınaqdan keçirirlər. Bütün mərhələlərdən sonra o, Ukrayna Silahlı Qüvvələrinə təhvil veriləcək.
Milletinsesi.az bu barədə bazar günü, iyulun 9-da müdafiə naziri Aleksey Reznikov video yayımlayaraq danışıb.
Onun sözlərinə görə, stansiya düşmənin radarlarını, hava hücumundan müdafiə sistemlərini və təyyarələrini böyük məsafədən aşkar etməyə qadirdir. Döyüşçülər nazirə bildiriblər ki, onun sayəsində Azov dənizi üzərində Rusiyanın “İl-20” təyyarəsini, “İl-22”, taktiki aviasiya, “Tor”, “Osa” hava hücumundan müdafiə sistemləri və “Zoopark” radar stansiyasının işini “görüblər”.
“Belə məlumatların əldə edilməsi Rusiya hərbi texnikasını ovlayan artilleriyamız üçün vacibdir”, – Reznikov izah edib.
O deyir ki, bu layihə dövlət vəsaiti hesabına həyata keçirilmir – dizaynerlər, sponsorlar və biznes kömək edir. Reznikov ümid edir ki, Müdafiə Nazirliyi yaxın gələcəkdə “RPS-7 İnqul”dan istifadə edəcək briqadadan rəsmi hesabat ala biləcək.
//twitter.com/i/status/1677959009171656706
S.Laçın