
Rusiyanın Belqorod vilayətində yerləşən Proxorovka qəsəbəsinə PUA hücumu nəticəsində neft bazasında yanğın olub.
Milletinsesi.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat yayıb.
Onun sözlərinə görə, hücum nəticəsində neft çənlərinə ziyan dəyib. Yanğın tam söndürülüb və xəsarət alan yoxdur.