Sutka ərzində Ukrayna ordusu Kursk vilayətinin daha iki – Plexovo və Spalnoe kəndlərinə nəzarəti ələ keçirib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Plexovo kəndinin ələ keçirilməsi dünən gecə ukraynalı hərbçilərin yaydığı görüntülərlə təsdiq olunmuşdu.
Bildirilib ki, Korenevo kəndindən 15 km şimal-şərqdə, Korenevo rayonunda da aktiv döyüş zonası genişlənib. NASA peyk görüntüləri bunu təsdiq edir. Hazırda rayonun mərkəzində döyüşlərin getdiyi bildirilir.
Məlumata görə, Ukrayna ordusu Sucanı əlində saxlayır və şimal-şərqdəki Martınovkaya hücumlar edir.