
Fransa-Almaniya “mühərriki” yenidən işlək olacaqmı?..
Ukrayna böhranı Şoltsu Merkelin Avropayönümlü siyasətinin üzərindən xətt çəkməyə vadar edib…
Merkel Makronla birgə vahid Avropa strategiyasının yaradılması üzərində işləyib. Lakin Ukrayna münaqişəsi AFR-in yeni kanslerini bu yanaşmaya yenidən baxmağa və Avropa İttifaqının fransız-alman “mühərriki”ni sındırmağa vadar edib.
Moderator.az xəbər verir ki, bu barədə Livanın “An Nahar” nəşri yazıb.
Fransa prezidenti Emmanuiel Makron və Almaniya kansleri Olaf Şolts dostluq haqqında müqavilənin 60 illini qeyd etməklə iki ölkə arasında münasibətlərin sərinləşməsinin qarşısını almağa cəhd edib. Bu müqavilə Şarl de Qoll ilə Konrad Adenauer tərəfindən 1963-cü ildə, İkinci dünya savaşından 18 il sonra imzalanıb.
İki dövlət liderlərinin indiki münasibətlərini Makronla Merkel arasına olan münasibətlərlə müqayisə etsək, qeyd etməliyik ki, Makron və Şolts özlərini ehtiyatlı aparır.
Bunun bir çox səbəbləri var. Ekspertlərin fikrincə, Şolts “Almaniya hər çeydən üstündür” fikrinə sadiq siyasətçilərdəndir, Merkel isə Avropanın maraqlarını birinci sırada görüb və ümumAvropa proseslərində aparıcı rol oynayıb. Məhz bu, onun Makronla daha ahəngdar münasubətlərini müəyyən edib.
Böyük Britaniyanın 2019-cu ildə Avropa İttifaqından çıxması Fransa və Almaniyanı Avropa birliyi ideyasının saxlanılması üçün böyük səylər göstərməyə vadar edib. Demək olar ki, Makron və Merkelin həftəlik görüşləri bu məqsədə xidmət edib.
Şoltsun bəxtsizliyindən, kansler vəzifəsinə başlayandan bir neçə ay sonra Ukrayna böhranı baş verib. Hadisələrin belə təhlükəli inkişafı alman siyasətçisi üçün tamamilə gözlənilməz olub və o, Avropa İttifaqının digər ölkələri liderlərinə, xüsusilə Makrona müraciət etmədən ciddi daxili siyasi qərarlar qəbul etməyə məcbur olub.
O cümlədən yeni kansler alman ordusunun modermləşdirilməsinə 100 milyard avrodan çox vəsait ayırıb, bu zaman Fransa prezidenti ilə məsləhətləşməyib və bu təşəbbüsü onunla razılaşdırmayıb.
Oxşar vəziyyət alman hökumətinin Rusiya nefti və qazına qoyulan Avropa embarqosu ilə əlaqədar energetika böhranı şəraitində istehlakçılara və müəssisələrə dəstək məqsədilə 200 milyard avro ayıranda da yaranıb. Makrpon bu addımı Avropa prinsiplərinə zidd hesab edib, çünki bu, alman şirkətlərinə Fransa və Avropa İttifaqının digər ölkələrindəki müəssisələri qarşısında üstünlük qazanmağa imkan verib.
Bundan başqa, Parisdə rəsmi şəxslər Şoltsun fransız şirkətlərini görməzdən gələrək alman ordusunun modernləşdirilməsi üzrə planları çərçivəsində Amerika silahının əldə edilməsi ilə bağlı qərarından narazılığını gizlətməyib.
Kansler Çinlə əməkdaşlığı inkişaf etdirmək niyyətini nümayiş etdirib, bu zaman Makron bu ölkəyə onun Ukraynada “xüsusi əməliyyat” üzrə mövqeyini nəzərə alaraq daha ehtiyatlı və ölçülüb-biçilmiş yanaşmaya üstünlük verir.
Şoltsun Ukraynanı Rusiya ilə münaqişənin ilk aylarında alman silahı ilə təchiz etməməsi Fransanı narazı salıb. Hərçənd, sonradan bu məsələ Berlinin Kiyevə tankəleyhinə raket və HHM sistemlərinin göndərilməsi ilə həll edilib, lakin o, uzun müddət Ukraynaya “Leopad-2” tanklarının tədarükü üzrə müsbət qərar qəbul etməkdən imtina edib.
Bütün bu məqamlar Makronu İspaniya kimi digər Avropa ölkələri ilə əməkdaşlığı dərinləşdirməyə sövq edir. Belə ki, ötən həftə baş nazir Pedro Sançes Parislə Fransa-İspaniya münasibətlərinin inkişaf etdirilməsi məqsədilə dostluq və əməkdaşlıq haqqında müqavilə imzalayıb. Ola bilsin ki, bu, Fransanın Avropada digər tərəfdaşlar axtarışı üzrə planları barəsində Almaniyaya bir mesajdır.
Makron Corc Meloninin İtaliya Nazirlər Şurasının sədri vəzifəsinə seçilməsindən sonra Romanı ziyarət edən ilk xarici lider olub. Bu, qitədə sürətlə inkişaf edən hadisələr kontekstində mühüm siqnal olub.
Lakin Fransa və Almaniyanın mürəkkəb geosiyasi dövrdə “Avropa İttifaqının “vahid mühərriki”nin rolunu saxlamağa hələ də imkanı var. Yelisey Müqaviləsinin imzalanmasının 60 illiyini qeyd edərkən Makron Avropa İttifaqına müstəqil siyasət yeridilməsi üzrə Avropa ölkələrinin strategiyası çərçivəsində ümumi geosiyasi, industrial və müdafiə strategiyasını inkişaf erməyə çağırış edəndə Şoltsa meydan oxuyub, indi cavab addımını Almaniya dövləti atmalıdır.
Müəllif: Əsəd Əbbud