Ukrayna Silahlı Qüvvələri son sutka ərzində Berdyansk istiqamətində 500-1000 metr irəliləməyə nail olub.
Modern.az “Unian”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndəsi Andrey Kovalev məlumat verib.
“Azad edilmiş ərazinin sahəsi 3 kvadrat kilometrə qədərdir”, – o qeyd edib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.