
“Biz bu həftələrdə Rusiyanın müharibədə həssas yerlərini görürük və bu zəif yerləri öz silahımızla hədəfləməyi bacarırıq…”
“Odessaya düşmənin ölümcüı hücumu nəticəsində 21 nəfər həlak olub, 70-dən çox adam yaralanıb…”
Ukrayna Silahlı Qüvvələri getdikcə güclənir, Ukraynanın səmada öz zərbə qüvvəsi olacaq.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski ukraynalılara axşam müraciətində deyib.
Onun sözlərinə görə, şənbə günü o, Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski ilə operativ vəziyyətlə bağlı ünsiyyətdə olub.
“Bizim imkanlarınız və mövcud təhlükələrlə bağlı təfsilatları ilə söhbətimiz olub. Hiss olunur ki, Ukrayna Silahlı Qüvvələri getdikcə güclənir”, – dövlət başçısı qeyd edib.
O, həmçinin ən intensiv döyüşlərin getdiyi istiqamətləri açıqlayıb.
“Bunlar Pokrovsk, Donetsk vilayəti, Kupyansk istiqaməti və cənubdur. İşğalçıları məhv edən, cəbhədə bizim üçün böyük sabitliyi təmin edən bütün briqadalara, bütün döyüş bölmələrinə təşəkkür edirəm”, – Zelenski vurğulayıb.
Bundan başqa, prezident Rusiya ərazisində baş verən son hadisələri şərh edib.
“Bu həftələrdə biz Rusiyanın müharibədə həssas yerlərini görürük və biz bu zəif yerləri öz silahımızla hədəfləməyi bacarırıq. Mən Ukrayna Silahlı Qüvvələrinə, Ukrayna Təhlükəsizlik Xidmətinə və Baş Kəşfiyyat İdarəsinə Ukraynanın uzaqvuran gücünə görə minnətdaram.
Əlbəttə, bizim müdafiə sənayesi kompleksinə, Ukraynanın güclənməsi naminə çalışanlara çox sağ ol deyirəm, çünki Ukraynanın uzaqvuran gücü bizim öz dronlarımızın bacardıqlarıdır. Ukraynanın artıq həmişə səmada öz zərbə qüvvəsi olacaq”, – Zelenski əmin edib.
Ukraynada müharibə-son xəbərlər
Şənbə günü Rusiyanın Odessaya ölümcül zərbəsi nəticəsində həlak olan üç polis nəfərinin adları açıqlanıb. Bunlar Sergey Xomenko, Roman Fedorenko və Andrey İlyuşindir.
Odessaya düşmən hücumu nəticəsində cəmi 21 nəfər həlak olub, 70-dən çox adam yaralanıb. Qurbanlar arasında polislər, sabiq şəhər meri, xilasedicilər və təcili yardımın feldşeri də var.