Ukrayna taxıl sazişinin bir il uzadılmasını istəyir

 

Bu həftə Ukrayna Türkiyə və BMT ilə taxıl sazişinin ən azı bir il müddətinə uzadılması məsələsini müzakirə edəcək.

Millətin Səsi.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Hazırda bu saziş Ukraynanın üç limanından taxıl ixrac etməyə imkan verir. Razılaşmanın müddəti martın 18-də başa çatır.

“Bu həftə biz müqavilənin uzadılması üzərində işləmək zərurəti ilə bağlı rəsmi təklif göndərəcəyik. Biz 120 gün yox, ən azı bir il uzadılmasını xahiş edəcəyik”, – deyə Ukraynanın yenilənməsi üzrə nazir müavini Yuri Vaskov bildirib.

Mənbə

Share: