“Ukrayna və Avropanın həmrəyliyi və sıx birliyi Putinin gözləntilərini alt-üst edib”

“Bu gün bütün Avropa və demokratiyanın gələcəyi təhlükə altındadır…”

 

“Putin öz ambisiyalarını gerçəkləşdirə bilməyib və klassik deyil, DTK tipli müharibə aparır…”

 

Gürcüstan prezidenti Putinin növbəti mümkün qurbanlarını açıqlayıb

 

Gürcüstan prezidenti Salome Zurabişvili əmindir ki, Ukrayna tab gətirməyəcəyi təqdirdə Rusiya Gürcüstana və ya Baltikyanı ölkələrə hücum edəcək.

 

Moderator.az xəbər verir ki, bu barədə o, Litvanın LRT telekanalına müsahibəsində bəyan edib.

 

“Növbə kimindir, Sizin, yoxsa bizim?.. Bizim ölkəmizdə işğal edilmiş ərazilərdə Rusiyanın hərbi bazaları yerləşir”, – Gürcüstan prezidenti xatırladıb.

 

“Bütün Avropa, elə həmin demokratiya, demokratiyanın gələcəyi təhlükə altındadır. Bu gün Ukraynada aparılan savaş ən vacib savaşdır, Ukrayna bu döyüşdə qalib gəlir, çünki o, bütün dünya üçün mümkünsüz göründüyündən belə uzun müddətdir ki, müqavimət göstərir.

 

Bu, demək olar ki, bu ölkəyə qalib gəlməyin mümkün olmadığını göstərə biləcək ən vacib hərbi vasitədir. Ukrayna və onun prezidentinin nümayiş etdirdikləri dəyanət və igidlik bütün dünyaya göstərib ki, onlar Rusiyanın hərbi gücünə, Rusiya ordusuna müqavimət göstərmək, rus ordusunu alçaltmaq qabiliyyətinə malikdir”, – Zurabişvili bəyan edib.

 

O, qeyd edib ki, Rusiyanın hərbi komandanlığında kadr dəyişiklikləri, “Vaqner qrupu”nun başçısı Yevgeni Priqojinin aradan götürülməsi və müharibənin aparılması strategiyasının dəyişməsi onu sübut edir ki, Putin öz ambisiyalarını gerçəkləşdirə bilməyib və “klassik deyil, DTK tipli müharibə aparmaqda davam edir”.

 

“O, birinci raundu artıq uduzub. İndi Ukraynanın qalib gəlməsi zəruridir, Ukraynanın qələbəsi hamımızın qələbəsinə gətirib çıxaracaq, sülhü və sabitliyi təmin etməyə kömək edəcək.

 

Mən, əlbəttə ki, çox təkəbbürlə danışıram, lakin Ukraynanın qələbəsi Avropa üçün xüsusilə vacib olan Qara dəniz regionunun təhlükəsizliyini təmin edəcək”, – Zurabişvili əlavə edib.

 

Onun sözlərinə görə, ölkələr sıx birləşməli və “Rusiyanın öz sərhədlərindən kənara çıxmamasına və özünü normal dövlət kimi aparmasına” nail olmalıdır.

 

“Həqiqətən də, Ukrayna və Avropanın həmrəyliyi və sıx birliyi Putinin gözləntilərini alt-üst edib. O, müharibənin Avropanı parçalayacağına və bir çox müttəfiqlərinin dərhal Ukraynaya dəstək göstərməsinə son qoyacaqlarına ümid edib. 

 

Bu, baş verməyib və beynəlxalq ictimai rəy dönmədən sabit qalır. Bu, həqiqətən də nadir hadisədir ki, həmrəylik, o cümlədən KİV-lərdə belə yüksək səviyyədə uzun müddət ərzində saxlanılır. 

 

Bu, həqiqətən də nadir hadisədir. Burada ABŞ-ın hər dəfə yenidən təkrarlanan dəstəyi var və bu, Zelenskinin Vaşinqtona bu yaxınlarda etdiyi səfər zamanı bir daha təsdiq edilib. Bu, Rusiya prezidenti üçün gözlənilməz olub”, – Zurabişvili deyib.

Mənbə

Share: