Ukrayna və Özbəkistan arasında gərginlik – Səfir XİN-ə çağrıldı 

Ukraynanın Özbəkistandakı səfiri Nikolay Doroşenkonu bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, səfirə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Rusiyaya ikili təyinatlı məhsulların tədarükü ilə bağlı bəyanatına görə etiraz bildirilib.

 

Qeyd olunur ki, Ukrayna tərəfindən Özbəkistanla bağlı KİV-də yalan məlumatların yayılmasının yolverilməzliyi vurğulanıb. Doroşenko əmin edib ki, Özbəkistan tərəfinin narahatlığı operativ şəkildə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbərliyinin diqqətinə çatdırılacaq.

 

 

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Vadim Skibitski “La Repubblica” nəşrinə müsahibəsində bildirib ki, Qazaxıstan və Özbəkistan Rusiyaya Qərb sanksiyalarından yayınmağa kömək edir. Onun sözlərinə görə, Astana və Daşkənd Moskvanı raketlərin yaradılması üçün zəruri olan Amerika və Yaponiya istehsalı olan komponentlərlə təchiz edir.

 

Akif İsmayılov 

Mənbə

Share: