Ukrayna xalqının 83%-i NATO üzvlüyünü dəstəkləyir 

Ukrayna xalqının 83%-i ölkələrinin NATO-ya üzv olmasını istəyir.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Reytinq Qrupunun sorğusunda qeyd olunub.

Sorğu oktyabrın 1-2-də 2000 respondent arasında keçirilib.

Reytinq Qrupu NATO üzvlüyünü dəstəkləyənlərin faizinin Ukraynada aparılan sorğuda indiyə qədər qeydə alınan ən yüksək göstərici olduğunu bildirib. Yalnız 4% bloka qoşulmanın əleyhinə, 9% isə neytral olduğunu bildirib.

Bildirilir ki, iyun ayından bu yana NATO üzvlüyünə dəstək 7 faiz artıb.

 

Mənbə

Share: