Yaxın gələcəkdə NATO özünüqoruma instinktini rəhbər tutaraq genişlənməyəcək.
Axar.az xəbər verir ki, bu sözləri çexiyalı analitik Yan Kampbell deyib.
“Mən buna 100 faiz əminəm. Lakin istərdim ki, NATO bir neçə ildə deyil, hər həftə genişlənsin. Nə üçün? NATO nə qədər çox və sürətlə böyüyərsə, o qədər də tez yoxa çıxar. O zaman çoxlarımız sakit yatacağıq. Ehtiraslar, yalanlar, ikiüzlülük keçmişdə qalacaq”, – deyə ekspert bildirib.
Politoloq Ukrayna sərhədindəki mövcud gərginliyə də toxunub:
“Bu ölkə də ya Rusiya ilə dostluq əlaqələrini dəstəkləyəcək, ya ABŞ və Rusiyanın qarantı ilə Avropa Birliyinin razılığı olmadan neytral dövlətə çevriləcək, ya da bir dövlət kimi siyasi xəritədən silinəcək”.