Ukraynadakı xüsusi hərbi əməliyyat zonasında 10 minə yaxın çeçen döyüşür.
Modern.az xəbər verir ki, bu barədə cümə günü, oktyabrın 7-də Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib.
Çeçenistan rəhbəri deyib ki, hazırda Rusiya Silahlı Qüvvələri Donetsk ərazisində və Xerson vilayətində uğurlu hücum əməliyyatları həyata keçirir. Onun sözlərinə görə, Rusiya hərbçiləri “strateji əhəmiyyətli rayonları bir-bir azad edir”.