Ukraynada 374 uşaq həlak olub

Rusiya Federasiyasının Ukraynaya silahlı təcavüzü nəticəsində 374 uşaq həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, avqustun 23-də səhər saatlarına olan məlumata görə, Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 1097-dən çox uşaq zərər çəkib.

 

Rəsmi məlumata görə, 374 uşaq ölüb, 723-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

“Bu rəqəmlər yekun deyil”, – məlumatda deyilir.


Uşaqlar ən çox Donetsk vilayətində zərər çəkib – 388 nəfər.

Xarkovda 202, Kiyevdə 116, Çerniqovda 68, Nikolayevdə 65, Luqanskda 61, Xersonda 55, Zaporojyedə  41 uşaq müharibədən zərər çəkib.

 

Son məlumata görə, avqustun 4-də yaralanan 15 yaşlı qız Lvovdakı tibb müəssisəsində ağır yaralardan ölüb.

 

Qeyd olunur ki, Rusiya Federasiyası silahlı qüvvələrinin bombardmanları və atəşi nəticəsində 2328 təhsil müəssisəsi zərər görüb, onlardan 289-u tamamilə məhv edilib.

Mənbə

Share: