Ukraynada bir kəndi su basdı, ölənlər var

Ukraynada bir kəndi su basdı, ölənlər var

Ukraynanın “Kaxovka” su elektrik stansiyasının (SES) partladılması nəticəsində Rusiyanın işğal etdiyi Kardaşinka kəndi su altında qalıb.

 

Modern.az xəbər verir ki, bu barədə “ASTRA” teleqram kanalı məlumat yayıb.

 

Bildirilib ki, daşqın nəticəsində kənd sakinləri böyük təhlükə ilə üzləşiblər.

 

“Beş nəfərdən ibarət ailəm oradadır. Biri xərçəng xəstəsi olan iki nənəm, əmim arvadı 13 yaşlı oğlu ilə kənddə qalıb. Çarəsizlikdən dağa sığınan çox sayda adam var. Bəziləri deyir ki, artıq ölənlər var”, – Kardaşinkada qalan sakinlərin yaxınları bildiriblər. Hazırda vəziyyətin acınacaqlı olduğunu deyən yerli vətəndaşlar dövlət qurumlarından kömək istəyiblər. 

 

 

Mənbə

Share: