Milletinsesi.az xəbər verir ki, Ukraynada koronavirus (COVID-19) pandemiyası ilə bağlı tətbiq olunan karantin və fövqəladə vəziyyət rejimləri ləğv edilib.
Bunu ölkənin Baş naziri Denis Şmıqal bildirib.
Qeyd edək ki, Ukraynada koronavirusa ilk yoluxma halı 2020-ci ilin martında qeydə alınıb. Həmin il martın 20-də ölkədə fövqəladə vəziyyət elan edilib.
İndiyədək Ukraynada 35 milyon peyvənd istifadə olunub.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, son 3 il ərzində dünyada 20 milyona yaxın insan bu virusun qurbanı olub.