
“Sülh danışıqlarına çağırış o demək deyil ki, Rusiya ələ keçirmiş olduğu Ukraynanın bütün bölgələrini alacaq”.
Modern.az xəbər verir ki, bu fikirləri AP-yə müsahibəsində Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
“Müharibəni dayandırmaq və danışıqlar masası arxasına oturmaq o demək deyil ki, siz status-kvonu qəbul edirsiniz. Müharibə dayanıb sülh danışıqları başlayanda sərhədlərin cəbhə xəttinin keçdiyi yerdə olması qətiyyən vacib deyil. Biz bunu öz tariximizdən bilirik”, – Siyarto bildirib.
O, atəşkəsə dərhal başlamağın vacib olduğunu bəyan edib.