Ukraynada daha bir azərbaycanlı hərbçi həlak oldu

Ukraynada daha bir azərbaycanlı hərbçi həlak oldu

Ukrayna Silahlı Qüvvələrinin azərbaycanlı çavuşu Orucov Rəşad Əliqulu oğlu Donetsk vilayəti istiqamətində həlak olub.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü azərbaycanlı hərbçi Ukraynanın Xmelnitsk vilayətində doğulub böyüyüb.

 

O, 2014-cü ildən etibarən Ukrayna ordusunda müddətdən artıq çavuş kimi xidmət edirdi.

 

R. Orucov böyüdüyü vilayətdə dəfn olunub.

Mənbə

Share: