Rusiya Federasiyası silahlı qüvvələrinin zərbələri nəticəsində Ukraynada enerji infrastrukturunun 30-40 faizi zədələnib.
Modern.az xəbər verir ki, bu barədə “Reuters”ə Ukraynanın energetika naziri German Qaluşenko məlumat verib.
Onun sözlərinə görə, bütün zədələnmiş stansiyalar öz işini dayandırmasa da, istehsal gücünün ən azı yarısı təsirlənib. Nazir zərbələrin vurduğu zərəri bir neçə milyard dollar qiymətləndirib.
Qluşçenko elektrik enerjisinin idxalını enerji sektorundakı problemin həlli yollarından biri hesab edir. Onun sözlərinə görə, artıq potensial təchizatçılarla danışıqlar aparılır.
Akif İsmayılov