Ukraynada hərbi vəziyyət bu tarixədək UZADILDI

Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti 2022-ci il noyabrın 21-dək uzadılıb.

Milletinsesi.az xəbər verir ki, bu barədə özünün Teleqram səhifəsində ukraynalı deputat Yaroslav Jeleznyak bildirib.

“Parlament hərbi vəziyyətin 21 noyabr 2022-ci il tarixinədək 90 gün uzadılmasını dəstəklədi . Rada həmçinin “Ümumi səfərbərlik müddətinin uzadılması haqqında” Fərmanın təsdiqini dəstəkləyib”, – deputat yazıb deyilir.

Hər iki qərarın lehinə 328 xalq deputatı səs verib. Sənədləri parlamentə Ukrayna prezidenti Vladimir Zelenski təqdim edib.

Xatırladaq ki, hərbi vəziyyət dövründə Ukraynanın 18 yaşdan 60 yaşa qədər olan kişi vətəndaşlarının ölkədən kənara çıxması məhdudlaşdırılıb. Vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hərəkət azadlığı da məhdudlaşdırılır. Ölkədə komendant saatı qoyulub.

Ukraynaya Rusiyadan hərbi təcavüz 24 frvral 2022-ci il tarixində başlayıb.

Mənbə

Share: