Ukraynada koronavirusa tutulan xəstələrin sayı ilə bağlı antirekord qeydə alınıb

Ukraynada son sutkada koronavirusa tutulan xəstələrin sayı ilə bağlı antirekord qeydə alınıb.

Ölkənin Səhiyyə Nazirliyi xəbər verir ki, son sutkada ölkədə 501 nəfər koronavirusa yoluxub. Bu koronavirusun yayılmasından bəri Ukraynada qeydə alınan ən yüksək göstəricidir. Bununla da Ukraynada koronavirusa tutulanların sayı 4662 nəfərə çatıb.

Ukraynada son sutkada 9 nəfər ölüb. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 125 nəfərə çatıb. Koronavirusdan ölənlərin 85 faizində ürək-damar xəstəlikləri, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. 246 nəfər tam müalicə olunaraq evlərinə buraxılıb.

Ukraynada koronavirusa yoluxanların 60 faizi 30-59, 20,7 faizi isə 60-100 yaşlı insanlardır.

Qeyd edək ki, ölkədə aprelin 24-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib.

Share: