Ukraynada koronavirusdan ölənlərin sayı 810 nəfərə çatıb

Ukraynada son sutkada koronavirusa 394 yoluxma faktı qeydə alınıb, 217 nəfər sağalıb.

Bu ölkənin Səhiyyə Nazirliyi xəbər verir ki, bununla da Ukraynada koronavirusa yoluxanların sayı 27 min 856 nəfərə çatıb. Bu virusdan ölənlərin sayı 810 nəfərdir. Ölənlərin 85 faizində ürək-damar, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. Yoluxanlardan 12 min 54-ü müalicə olunaraq evə buraxılıb. Bu virusa yoluxanların 58 faizi qadınlardır.

Qeyd edək ki, ölkədə iyunun 22-dək karantin rejimi elan olunub. Mayın 11-dən isə karantin rejiminin yumşaldılması tədbirləri həyata keçirilir.

Share: