Almaniyanın “Rheinmetall” müdafiə konserni Ukraynada ən son model tankların istehsalı üçün zavod tikməyə hazırdır.
Milletinsesi.az “Unian”a istinadən xəbər verir ki, bu barədə şirkət rəhbərliyindən bildirilib.
Məlumata görə, konsern “KF51 Panther” tanklarının mümkün tədarükü ilə bağlı da Kiyevlə danışıqlar aparır. Bu, “Leopard 2″nin varisi olan növbəti nəsil əsas döyüş tankıdır. O, ilk dəfə 13 iyun 2022-ci ildə nümayiş etdirilib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.