Ukrayna Müdafiə Nazirliyinin Dövlət Satınalmaları Departamentinin keçmiş direktoru Boqdan Xmelnitskinin evində axtarışlar aparılır.
Modern.az “Strana” nəşrinə istinadən xəbər verir ki, o, 123 milyon qrivna (3,33 milyon dollar) dəyərində keyfiyyətsiz zirehli geyim almaqda şübhəli bilinir.
Əməliyyat Ukrayna Təhlükəslik Xidməti tərəfindən keçirilib.
Qeyd edək ki, bundan əvvəl Ukraynanın sabiq daxili işlər naziri Arsen Avakovun da evində axtarışlar aparılıb.