Ukraynada müharibədə ölən rusiyalı hərbçilərin analarına dəsmal hədiyyə edildi

Rusiyanın Kursk vilayətinin Lqovski rayonunun rəhbəri Sergey Korostelyov Ukrayna müharibəsində həlak olan hərbçilərin anaları ilə görüşərək, onlara dəsmal hədiyyə edib.

 

O, “VKontakte” səhifəsində bununla bağlı görüntüləri paylaşıb.

 

“Analar Gününün qeyd olunması ərəfəsində xüsusi hərbi əməliyyatda həlak olan hərbçilərin anaları ilə görüşdüm”, – deyə rayon rəhbəri yazıb.

 

Paylaşımda yerləşdirilmiş şəkillərdə anaların rayon rəhbərindən aldıqları hədiyyələr – dəsmal dəstləri və açıqcalar əks olunub.

Şərhlərdə istifadəçilər bu addımı birmənalı qarşılamayıblar. Sonradan rayon rəhbərinin səhifəsindən bu paylaşım silinib.

Mənbə

Share: