Ukraynanın Lvov şəhərində strateji müəssisələrin əməkdaşları üçün hərbi təlimlərə start verilib.
Axar.az xəbər verir ki, bu barədə Lvov Şəhər Şurası məlumat yayıb.
“Bu gün biz kommunal xidmət işçilərini dəvət etdik. Onların əksəriyyəti Silahlı Qüvvələrdə xidmət keçib, lakin bu bacarıqlara malik olmayan insanlar var və onlar öyrədilməlidir. Karantin başa çatdıqdan sonra şagirdlər üçün təlimlərin keçirilməsini planlaşdırırıq. İndi hər kəs bu bacarıqlara sahib olmalıdır”, – Lvov meri Andrey Sadovoy deyib.