
Ukrayna münaqişəsi zamanı döyüşlərdə azı 92 ABŞ muzdlusu həlak olub.
Millətin Səsi.az xəbər verir ki, bu barədə “New York Times” qəzeti yazıb.
Qəzet qeyd edib ki, 2022-2023-cü illər arasında “1000-dən bir neçə minə qədər” amerikalı Ukraynaya gələ bilər.
“The New York Times” yazır ki, ABŞ-dan olan muzdluların maaşları ukraynalı hərbçilərin maaşından heç də fərqlənmir: baza tarifi ayda 1000 dollardır və əlavə döyüş vəzifələri üçün ayda əlavə 3000 dollar da qazanmaq olar. Eyni zamanda, muzdlulardan bəziləri ilk döyüşlərindən sonra logistika və ya digər qeyri-döyüş rollarına keçməyi xahiş edirlər. ABŞ muzdlularının kontingentinə gəlincə, qəzet bir çoxlarının ABŞ ordusunda xidmət etdiyini qeyd edib.