“Ən aşağı ölüm göstəriciləri Moskvada və Sankt-Peterburqda müşahidə edilir…”
“Buryatiyadan olan kişilərin müharibədə həlak olmaq ehtimalı Moskvadan olanlardan 75 dəfə çoxdur…”
Rusiya paytaxtının meri Sergey Sobyaninin məlumatına görə, hazırda Ukraynada təxminən 45 min moskvalı döyüşür.
Moderator.az xəbər verir ki, bu barədə “pravda.com.ua” nəşri məlumat verib.
Onun sözlərinə görə, onlardan təxminən 20 min nəfəri səfərbər edilənlər, təxminən o qədər də könüllülər və müqavilə üzrə xidmət edənlər, daha 5 min nəfəri peşəkar hərbçilərdir.
Sobyanin həmçinin, onun ifadə etdiyi kimi, “müdafiə qurğularının tikintisində” həlak olmuş Moskva sakinlərinin sayını açıqlayıb.
“20 mindən artıq moskvalı həlak olub, 100 mindən artıq yaralanıb”, – mer bəyan edib. Bilavasitə döyüş meydanında həlak olan sakinlərin sayı barəsində o, heç nə deməyib.
Bu yaxınlarda, iyulun sonunda Sobyanin bəyan edib ki, Ukraynada 45 min deyil, təxminən 30 min moskvalı döyüşür.
Qeyd edək ki, Rusiya hakimiyyəti Ukraynada ordu bölmələrinin sayı, həmçinin itkilər haqqında məlumat vermir.
Müxtəlif hərbi ekspertlərin dəyərləndirməsinə görə, Ukraynanın işğal edilmiş ərazilərində 350-500 min rusiyalı əsgər var.
Britaniyanın BBC telekanalının məlumatına görə, yaralılar da nəzərə alınmaqla Rusiya qüvvələrinin müharibənin 16 ayı ərzində geriyədönməz itkiləri 313 mindən artıq ola bilər.
“Hətta açıq məlumatları nəzərə alsaq, Rusiya tərəfində döyüşənlərin ümumi itkiləri 69 600 nəfərdən çox ola bilər”, – britaniyalı jurnalistlər hesablayıb.
Ən aşağı ölüm göstəriciləri Moskvada (hər 100 min kişiyə 3 nəfər) və Sankt-Peterburqda (hər 100 min kişiyə 10 nəfər) müşahidə edilir.
Eyni zamanda, Buryatiyadan olan kişilərin müharibədə həlak olmaq ehtimalı Moskvadan olanlardan 75 dəfə çoxdur.
Ümumilikdə, Rusiyanın 10 regionundan 8-də ən yüksək ölüm göstəriciləri Sibir və Uzaq Şərqdədir. Bu regionların əksəriyyəti iqtisadi cəhətdən əlverişsiz hesab edilir.