Çin Ukraynadakı böhranın sülh yolu ilə həllinə kömək edən bütün səyləri dəstəkləyir.
Modern.az xəbər verir ki, bunu Çin xarici işlər naziri Van Yi Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında deyib.
O qeyd edib ki, hazırda Ukraynada prioritet məsələ sülh danışıqlarını asanlaşdırmaqdır.
“Əsas həll yolu bütün tərəflərin qanuni təhlükəsizlik narahatlıqlarını həll etmək və balanslaşdırılmış, effektiv və davamlı təhlükəsizlik arxitekturası qurmaqdır”, – deyə çinli nazir bildirib.
“Biz bütün maraqlı tərəfləri böhranın genişlənməməsinə və inkişaf etməkdə olan ölkələrin qanuni hüquqlarını və maraqlarını qorumağa çağırırıq”, – o deyib.
Akif İsmayılov