“Ukraynada Rusiyanın 20-dən çox generalı öldürülüb…”

“Ukraynada Rusiyanın 20-dən çox generalı öldürülüb…”

“Generalın ölümü qoşunların döyüş ruhunu zəiflədir…”

 

“Bir il ərzində Ukraynada öldürülən rusiyalı generalların sayı 20 il ərzində Əfqanıstanda həlak olan Amerika generallarının sayından çoxdur…”

 

“Öldürülən generalların inanılmaz sayda olması ukraynalıların kubersavaşda üstünlüyünü nümayiş etdirib…”

 

Ötən ilin fevral ayından Ukraynada döyüş əməliyyatlarının gedişində 20-dən artıq rusiyalı general həlak olub.

 

 Moderator.az xəbər verir ki, bu barədə “Nukkey” mediakorporasiyası Yaponiya kəşfiyyatının ABŞ və Avropa kəşfiyyat xidmətləri ilə birgə məlumatlarına istinadən məlumat verib.

 

Yüksək rütbəli zabitlərin tez-tez həlak olması Qərb üçün qeyi-adidir və Rusiya ordusunun zəifliyini göstərə bilər, məlumatda deyilir.

 

İstefada olan yapon generalı, Quru Qüvvələrinin sabiq Qərargah rəisi Kiyefumi İvata öldürülən generalların “inanılmaz sayda olmasını” ukraynalıların kibersavaşda üstünlüyü ilə uzah edib.

 

“Ukrayna bu hərbi rəhbərlərin yerini onların mobil telefonlarının siqnallarını izləyərək hesablaya bilərdilər, bu rabitə növündən Rusiya qoşunları cəbhədə problemlər ucbatından istifadə etməyə məcbur olub”, – Kiyefumi İvata deyib.

 

Həmçinin, onun fikrincə, ali dərəcəli zabitlərin həlak olmasında günah Rusiyanın generallarının cəbhəyə göndərilməsi taktikasıdır.

 

“Generalın ölümü qoşunların döyüş ruhunu zəiflədir”, – Kiyefumi İvata vurğulayıb.

 

Yaponiyanın adı açıqlanmayan yüksək vəzifəli məmuru daha bir versiya irəli sürüb: “İşğal edilmiş iki şərq regionunda Ukrayna partizanları məlumatı Ukrayna Silahlı Qüvvələrinə ötürür”.

 

O, həmçinin məlumat verib ki, Rusiya ordusunun generallarının həlak olması ilə nümayiş etdirilən bacarıqsızlığı Çini narahat edə bilər. Və Pekin Moskvaya gizli kömək göstərə bilər. Söhbətin nədən getdiyi məlumatda dəqiqləşdirilmir.

 

May ayında ABŞ Müdafiə Nazirkiyi Baş Kəşfiyyat İdarəsinin rəhbəri Skott Berriyer Ukraynada ən azı 8 rusiyalı generalın həlak olması barədə bəyan edib. O, həmçinin qeyd edib ki, zabit heyəti üçün bu, qeyri-adi yüksək ölüm göstəricisidir və 20 il ərzində Əfqanıstanda həlak olan Amerika  generallarının sayından çoxdur.

 

Bu gün üçün BBC nəşri “Mediazona”  ilə birgə Ukraynada dörd rusiyalı generalın ölümünü təsdiq edib.

 

Bunlar aşağıdakılardır:

 

– general Kanamat Botaşev-onun “Su-25” qırıcı təyyarəsi Luqansk vilayətinin üzərində vurulub. Botaşev həlak olan hərbi qulıuqçular arasında ən yüksək rütbəli təyyarəçidir.

 

– general Andrey Suxovetski, 2021-ci ilin payızında 41-ci ümumqoçun ordusunun komandan müavini təyin edilib. Bundan öncə üç il ərzində Novorossiyskdə 7-ci desant-hücum diviziyasının komandanı olub. Suxovetski Şimali Qafqazda, Abxaziyada, Suriyada döyüş əməliyyatlarında iştirak edib, Krımın ilhaqına görə mükafatları olub. Ukrayna hakimiyyəti onun Mariupol uğrunda döyüşlərdə öldürüldüyü barədə məlumat verib.

 

– general Vladimir Frolov- 8-ci ordunun komandan müavini olub. Mart ayında öldürülüb, təfərrüatları açıqlanmayıb.

 

– general Roman Kutuzov-8-ci qvardiya ümumqoşun ordusunun komandan müavini olub. Luqansk vilayətinin Popasnayadan 15 km aralıda yerləşən Nikolayevka qəsəbəsində öldürülüb.

 

Xatırladaq ki, fevralın əvvəlində Ukrayna müdafiə qüvvələri tərəfindən rusiyalı general-mayor Dmitri Ulyanovun qətlə yetirildiyi barədə məlumat verilib. O, Tatarıstandan səfərbər edilənlərin alayına rəhbərlik edib.

 

Açıq mənbələrin məlumatına görə, bundan öncə Ulyanov Hava-Desant Qoşunlarının 7-ci diviziyasının Qərargah rəisi, 1141-ci artilleriya alayının komandanı, 2015-2017-ci illərdə Hava-Desant Qoşunlarının 98-ci diviziyasının komandiri olub. Məlumdur ki, general Ukraynaya könüllü olaraq döyüşməyə gəlib.

Mənbə

Share: