
Ukrayna hakimiyyəti 2023-cü ilin payızında “sülh formulu” üzrə qlobal sammit keçirməyi planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
Bu, Ukrayna münaqişəsinin həlli ilə bağlı üçüncü yüksək səviyyəli görüş olacaq. İlk görüş iyunun 24-də Kopenhagendə baş tutub. Ukraynanın, G7 ölkələrinin və qlobal cənubun milli təhlükəsizlik müşavirləri Zelenskinin planını müzakirə ediblər. 40 ölkənin nümayəndələrinin iştirakı ilə keçiriləcək ikinci iclas avqustda Səudiyyə Ərəbistanında keçiriləcək.
“Üçüncü addım sammitin, qlobal sülh sammitinin təşkili olacaq. Biz bunu bu payızda reallaşdırmaq üçün çalışırıq. Dünyanın əksər ölkələrini cəlb etmək üçün hələ vaxt var”, – deyə Zelenski Ukraynanın xarici diplomatik missiyalarının rəhbərləri ilə görüşü zamanı bildirib.