Ukraynada “xüsusi hərbi əməliyyat”ın yeni komandanı kimdir?..

Ukraynada “xüsusi hərbi əməliyyat”ın yeni komandanı kimdir?..

“Surovikinin karyerası 30 ildən artıqdır ki, korrupsiya və qəddarlıqla bağlı olub…

 

“O, Vətənə sədaqətlə xidmət üçün doğulan əfsanəvi şəxsiyyətdir…”

 

“Yeni təyinat onu sübut edir ki, Moskva Rusiya Silahlı Qüvvələrini Ukraynada iflas təhlükəsini gözlədiyini yaxşı anlayır…”

 

Rusiyada Ukrayna əməliyyatına yeni komandan təyin edilib

 

Rusiya döyüş meydanında komandanlığın ünvanına kəskin tənqidə səbəb olan bir sıra hərbi uğursuzluqlardan sonra Ukraynada müharibəyə rəhbərlik etmək üçün yeni general təyin edib.

 

General Sergey Surovikin “xüsusi hərbi əməliyyatın keçirildiyi rayonlarda Birləşmiş qoşun qruplaşmasının komandanı” təyin edilib”..

 

Moderator.az xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirliyinin saytı məlumat yayıb.

 

“30 ildən artıqdır ki, Surovikin karyerası korrupsiya və qəddarlıqla bağlı olub”, – bunu bu yaxınlarda Britaniya kəşfiyyatı Surovkinin cənub hərbi qruplaşmasının rəhbəri postuna mümkün irəli çəkilməsi barədə məruzəsində yazıb. 

 

Belə ki, 1991-ci ilin qiyamı zamanı o zaman kapitan rütbəsində olan Surovikin etiraz edən demokratiya tərəfdarlarının qurduğu barrikadalardan keçən atıcı bölməyə rəhbərlik edib. Toqquşma nəticəsində üç nəfər həlak olub, o cümlədən bir nəfərin üstündən keçilib.

 

Surovikinn 1990-cı illərdə Tacikistanda və Çeçenistandakı münaqişələrdə, həmçinin, son zamanlar 2015-ci ildən Bəşər Əsədə hakimiyyətdə qalmaq üçün Moskvanın kömək etdiyi Suriyada döyüş təcrübəsinə malik olub. O, Hələb şəhərinin böyük hissəsini dağıdan qəddar bombardmanlara rəhbərlik etməkdə ittiham edilib.

 

Onun “xidmətləri” sırasında qanunsuz silah satışı ilə bağlı iki həbs cəzası var. 

 

2017-ci ildən Rusiyanın Hərbi-Kosmik Qüvvələrinə rəhbərlik edib.

 

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi zamanı Surovikin “Cənub” qüvvələrinə rəhbərlik edib .

 

Surovikinə qədər Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə general Aleksandr Dvornikov rəhbərlik edib. O, ikinci çeçen müharibəsinin iştirakçısı və Suriyada Rusiya qoşunlarının komandanı olub, lakin bu barədə heç vaxt rəsmən açıqlanmayıb.

 

Yeni təyinat onu sübut edə bilər ki, Moskva Rusiya Silahlı Qüvvələrini Ukraynada iflas təhlükəsinin gözlədiyini anlayır, çünki Ukrayna qoşunları Putin tərəfindən ilhaq edildiyi bəyan edilən bütün dörd regionda hücumdadır.

 

Kreml bu addımı ilə ordunu Ukraynada müharibəni düzgün idarə etməməkdə, Kiyev hökumətini tabe olmağa vadar edən sərt taktika işlətməməkdə ittiham edən ultramillətçilərə qarşı durmağa cəhd göstərir.

 

Surovikinin təyinatını alqışlayan rusiyalılar arasında “Vaqner” özəl hərbu şirkətinin təsisçisi, son zamanlar hərbi rəhbərliyi tənqid edən Yevgeni Priqojin də var.

 

“Surovikin Rusiya ordusunda ən bacarıqlı komandirdir”, – Priqojin deyib. “Konkord” şirkətinin dərc etdiyi bəyanata görə, o, bu şirkətlə əlaqəlidir. Priqojinin sözlərinə görə, o, “Vətənə sədaqətlə xidmət üçün doğulan əfsanəvi şəxsiyyətdir”.

 

“1991-ci ildə əmr alaraq, Surovikin o zabitlərdən olub ki, tərəddüd etmədən öz tankına əyləşib öz ölkəsini xilas etmək üçün irəliyə gedib”, – Priqojin qeyd edib.

 

Qoşunlara komandanlığın Surovikinə verilməsi qərarı Rusiya hakimiyyəti üçün alçaldıcı olan Krım körpüsündə partlayışın baş verdiyi gün, habelə Rusiya ordusunun Ukraynada bir sıra məğlubiyyətlərə düçar  olduğundan sonra baş verib.

 

Sentyabrın əvvəlindən Rusiya qoşunları Ukraynanın əks hücumu nəticəsində Xarkov vilayətinin böyük hissəsindən sıxışdırılaraq çıxarılıb, bu da Kiyevə min kv km ərazini qaytarmağa imkan verib. Rusiya qoşunları həmçinin Xerson vilayətinin cənubdakı ərazisini və Ukraynanın şərqində Liman nəqliyyat qovşağını itirib.

Mənbə

Share: