“Ukraynalı hərbçilər körpüləri partladaraq Baxmutun bir hissəsindən geri çəkilməyə hazırlaşır”

“Ukraynalı hərbçilər körpüləri partladaraq Baxmutun bir hissəsindən geri çəkilməyə hazırlaşır”

“Ukrayna qoşunları Rusiya qüvvələrinin Baxmutdan qərbə çıxış yollarını məhdudlaşdırmağa bel bağlayır…”

 

“Bizim qüvvələrin vəzifəsi düşməni imkan daxilində daha çox itkiyə məruz qoymaqdır…”

 

Ukrayna hərbçiləri, hər şeydən göründüyü kimi, Baxmutun bəzi rayonlarından qoşunların nəzarət altında geriyə çəkilməsinə hazırlaşır.

 

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) növbəti icmalında deyilir.

 

Ekspertlər yazır ki, martın 3-də dərc edilən kadrlar sübut edir ki, Ukrayna qoşunları Baxmut rayonunda iki vacib körpünü-biri şəhərin şimal-şərq hissəsində Baxmutovka çayı üzərindən, digəri şəhərin qərbinə tərəf Xromovo qəsəbəsinə aparan yoldakı körpüləri dağıdıb.

 

Körpülərin məhv edilməsi Ukrayna qoşunlarının Rusiya qoşunlarının Baxmutun şərq hissəsində irəliləməsinə mane olmağa və Rusiya qüvvələrinin Baxmutdan qərbə potensial çıxış yollarını məhdudlaşdırmağa bel bağlamasının göstəricisi ola bilər.

 

Əgər Ukraynanın hərbi komandanlığı qoşunların geri çəkilməsini zəruri hesab edəcəksə, bu, hərbçilərin şərqi Baxmutun xüsusilə mürəkkəb sektorlarından məhdud və nəzarət altında çıxarılması olacaq, ISW analitikləri hesab edir.

 

Hesabatda deyilir ki, Rusiya Baxmut şəhərini 2022-ci ilin may ayından ələ keçirmək istəyir və bu zaman böyük itkilərə məruz qalır.

 

Xəbər verdiyimiz kimi, dünən “Vaqner qrupu” özəl hərbi şirkətin təsisçısı Yevgeni Priqojin elan edib ki, şəhər, demək olar ki, tamamilə mühasirəyə alınıb və Ukrayna qoşunlarının Baxmutdan çıxması üçün yalnız bir yol qalıb. Dərc edilən videoda Priqojin bununla bağlı birbaşa Ukrayna prezidenti Vladimir Zelenskiyə müraciət edib.

 

“The New York Times” nəşri Baxmutda Ukrayna komandirlərinin sözlərindən iqtibas gətirərək qeyd edib ki, onlar şəhərdən əsas yolla cənub-qərbdə çıxışı bir qədər təhlükəsiz edə bilib. Onlar hətta sonda Baxmutu tərk etmək lazım gəlsə belə, onu imkan daxilində daha çox əllərində saxlamağı istəyirlər.

 

“Bizim qüvvələrin vəzifəsi düşməni imkan daxilində daha çox itkiyə məruz qoymaqdır”, – martın 3-də Ukraynanın Milli Qvardiya komandanının müavini Vladimir Nazarenko izah edib.

Mənbə

Share: