Ukraynalılar daha bir şəhəri azad etdilər

Ukrayna ordusu Xarkov vilayətinin Borovaya şəhərini rus işğalından azad edib.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, şəhər Ukrayna ordusunun xüsusi təyinatlı qüvvələri tərəfindən azad olunduqdan sonra ərazidə dövlət bayrağı ucaldılıb.

Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Xerson, Xarkov, Luqansk və Donetsk vilayətlərində onlarla yaşayış məntəqəsinin işğaldan azad edildiyini söyləyib.

Mənbə

Share: