
Ukrayna vətəndaşlarının 84%-i Rusiyaya qarşı müharibədə ərazi güzəştinə qarşıdır.
Modern.az xəbər verir ki, bunu Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun sorğusunun nəticələri göstərir.
Sözügedən İnstitut vətəndaşlar arasında sorğu keçirərək əhalinin sülhə nail olmaq üçün ərazi güzəştinə razı olub-olmadığını dəqiqləşdirib.
Respondentlərin 84%-i düşünür ki, müharibə daha uzun müddət davam etsə və başqa təhlükələr yaransa belə heç bir ərazi güzəştindən söhbət gedə bilməz.
Lakin rəyi soruşulanların 10%-i hesab edir ki, sülhə nail olmaq və Ukraynanın müstəqilliyini qorumaq üçün bəzi ərazilərdən imtina etmək olar. Onların fikrincə, əsas məsələ müharibənin qarşısının alınması, əhalinin sülh şəraitində yaşamasıdır.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.