Ukrayna ordusunun əks-hücumunun qarşısını almaq lazımdır.
Modern.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban söyləyib.
O, əks-hücum əməliyyatını “qanlı qırğın” adlandırıb. Orban hücum zamanı Ukrayna ordusunun Rusiyadan daha çox itki verəcəyini deyib.
“Ukraynalılar əks-hücuma başlamazdan əvvəl atəşkəsə nail olmaq və sülh danışıqlarına başlamaq üçün əlimizdən gələni etməliyik” , – deyə Baş nazir vurğulayıb.