“NATO ölkələri Ukrayna Silahlı Qüvvələrinin 9-dan çox briqadasına təlim keçib və silahlandırıb”.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bunu hərbi alyansın baş katibi Yens Stoltenberq bildirib.
O vurğulayıb ki, Ukrayna artıq vəd edilən yardımın 98%-ni alıb.
“Deyə bilərəm ki, o cümlədən 1550 zirehli texnika, 230 tank və külli miqdarda sursat alıb”, – deyə Stoltenberq vurğulayıb.