
Ukrayna Hərbi Hava Qüvvələri F-16 qırıcısını itirib.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Teleqram kanalında məlumat yayılıb.
“16 may 2025-ci il, təxminən saat 03:30-da F-16 qırıcısı ilə əlaqə kəsilib. Ukrayna qırıcısı hava hücumunu dəf etmək üçün tapşırıqları yerinə yetirərkən təyyarədə gözlənilməz vəziyyət yaranıb. Pilot təyyarəni məskunlaşma ərazilərindən uzaqlaşdırıb və uğurla katapult edə bilib”, – məlumatda bildirilib.
Qeyd edək ki, bu, Ukraynanın itirdiyi ikinci F-16 qırıcısıdır. Aprelin 12-də də Ukraynaya məxsus F-16 qırıcısı vurulmuş və pilot həlak olmuşdu.