“Ukraynanın hava hücumundan müdafiəsi möhkəmləndiriləcək…”

 

“ABŞ-ın Ukraynaya ayırdığı yardımın ümumi həcmi 66, 2 milyard dolllar təşkil edir ki, bu da istənilən digər ölkəyə edilən yardımın həcmindən çoxdur…”

 

“Bayden administrasiyası bundan sonra Ukraynaya hərbi yardım göstərilməsi üçün ABŞ Konqresinin dəstəyini əldə etməlidir…”

 

ABŞ Ukraynaya 325 milyon dollarlıq yeni hərbi yardım paketini elan edib

 

Birləşmiş Ştatlar Ukraynaya ümumi dəyəri 325 milyon dollar olan yeni hərbi yardım paketi təqdim edəcək.

 

Moderator.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden Ağ evdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündən sonra bəyan edib.

 

“Bu paketə Rusiya tərəfindən sərt hava hücumları şəraitində Ukraynanın hava hücumundan müdafiəsini möhkəmləndirmək üçün əlavə imkanlar, Ukraynaya döyüş meydanında kömək edən ikili təyinatlı yaxşılaşdırılmış adi döyüş sursatları, tankəleyhinə silah və Ukraynanın ən mühüm tələbatlarının ödənilməsi və Ukraynaya davam edən aqressiv müharibəyə müqavimətdə kömək göstərilməsi üçün digər texnika daxildir”, – Pentaqonun rəsmi bəyanatında deyilir.

 

ABŞ Müdafiə Nazirliyinin məlumatında deyilir ki, yardım paketinə o cümlədən “Avencer” zenit-raket kompleksləri, hava-hücumundan müdafiə üçün AIM-9M raketləri, “Cavelin” tankəleyhinə komplekslər, HIMARS yüksək mobilli artilleriya raket sistemləri üçün əlavə döyüş sursatları və daha bir “Hok” hava-hücumundan müdafiə batareyası daxildir.

 

Məlumatda həmçinin deyilir ki, Ukrayna bir neçə növ döyüş sursatları və 59 yüngül taktiki maşınlar alacaq. Siyahıya Ukraynanın dəfələrlə xahiş etdiyi HIMARS zenit-raket kompleksləri üçün uçuş məsafəsi 300 km olan ATACMS  raketləri daxil deyil.

 

ABŞ-ın Ukraynaya bu yardım paketi cari maliyyə ilinin büdcəsindən veriləcək. Lakin Ukraynaya bundan sonra hərbi yardım göstərilməsi üçün Bayden administrasiyası yenidən ABŞ Konqresinin dəstəyini əldə etməlidir, orada bir sıra deputatlar açıq şəkildə büdcənin necə xərcləndiyi ilə razı olmadığını bildirir.

 

Bundan öncə məlumat verilib ki, bu ərəfədə Amerika prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Birləşmiş Ştatların Ukraynaya hava hücumundan müdafiə vasitələri daxil olan yeni silah yardım paketi ayıracağını anons edib.

 

“Hava zərbələrindən qorunmağa kömək etmək üçün ABŞ prezidenti Co Bayden əhəmiyyətli HHM vasitələri daxil olan yeni hərbi yardım paketini elan edəcək”, – o, deyib.

 

ABŞ-ın Ukraynaya hərbi yardımı – detallar

 

ABŞ hazırda əsas diqqəti Ukraynaya ATACMS uzaqvuran raketlərin verilməsinə deyil, hava hücumundan müdafiə sisteminin gücləndirilməsinə yönəldib.

 

Bu barədə ABŞ müdafiə naziri Lloyd Ostin Ukraynanın müdafiəsi məsələləri üzrə Təmas qrupunun (“Ramştayn-15”) iclasından sonra keçirdiyi brifinqdə deyib.

 

ABŞ-ın Ukraynaya ayırdığı yardımın həcmi istənilən digər ölkəyə edilən yardımın həcmindən çoxdur. “The Washington Post” nəşrinin yazdığına görə, bu məbləğ 66, 2 milyard dollar təşkil edir. Qeyd edilir ki, bunun 43, 1 milyardı hərbi yardım, 20, 5 milyardı iqtisadi dəstək, 2, 6 milyardı isə humanitar yardım üçün nəzərdə tutulub.

Mənbə

Share: