Ukraynanın infrastuktur naziri: “Taxıl sazişi”nin müddəti uzadılacaq”

“Taxıl sazişi”nin müddəti uzadılacaq”.

 

Bunu Ukraynanın infrastuktur naziri Oleksandr Kubrakov tviterdə yazıb.

 

O bildirib ki, sazişin vaxtı daha 120 gün artırılacaq.

 

Nazir, həmçinin BMT-nin Baş katibi Antonio Quterreşə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Türkiyənin milli müdafiə naziri Hulusi Akara təşəkkür edib: “Quterreş, Ərdoğan və Akar qolobal ərzaq böhranı ilə mübarizədə daha bir mühüm addım atdı”.

 

Xatırladaq ki, “Taxıl sazişi”nin vaxtı noyabrın 19-da başa çatır.

 

Qeyd edək ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü probleminin həlli üçün sənədlər paketi imzalanıb. Sazişlərdən biri Kiyevin nəzarətində olan Qara dəniz limanlarından taxılın ixracı prosedurunu tənzimləyir. Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən yaradılan İstanbulda Birgə Koordinasiya Mərkəzi silah qaçaqmalçılığının qarşısını almaq və təxribatları istisna etmək üçün taxıl daşıyan gəmiləri yoxlamaq üçün nəzərdə tutulub.

Mənbə

Share: