“Uğurlu əks-hücum üçün Ukraynanın kifayət qədər döyüş sursatı yoxdur”.
Modern.az “Strana” nəşrinə istinadən xəbər verir ki, fikir bu yaxınlarda Kiyevə səfər edən Çexiya prezidenti Petr Pavelə məxsusdur.
“Uğurlu müdafiə üçün Ukraynanın bu gün hər şeydən çox döyüş sursatına ehtiyacı var. Təbii ki, texnologiya da çatışmır, lakin kritik sursat çatışmazlığı Ukraynanın özünü effektiv müdafiə etmək imkanlarını nəinki məhdudlaşdırır, həm də onun uğurlu əks-hücum keçirmə imkanlarını müəyyən dərəcədə azaldır”, – o deyib.
Pavel qeyd edib ki, müttəfiqlər Ukraynanı çox effektiv texnika ilə təmin edirlər, lakin minimum miqdarda döyüş sursatı ilə. Bu, bir neçə günə kifayətdir. Nəticədə avadanlıq anbar məhsuluna çevrilir. Bunun xüsusi mənası yoxdur”, – Çexiya prezidenti bildirib.