Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun Brüsseldəki görüşü başa çatıb

Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupu – “Ramşteyn formatı”nın Brüsseldəki görüşü başa çatıb.

Bu barədə Ukrayna müdafiə naziri Aleksey Reznikov “Twitter“də yazıb.

“Mən Ramşteyn görüşündə iştirak edən bütün ölkələrə və Şimali Atlantika Alyansına (red. – NATO) Ukraynanı dəstəklədiklərinə görə minnətdaram. Sabahın iş cədvəli çox sıxdır. Tankları müzakirəsinə daha çox vaxt ayıracağıq. Yaşasın Ukrayna!”, – deyə Reznikov qeyd edib.



Mənbə

Share: