Ukraynanın “Starlink”-ə güvənməsi onu həssas edir – keçmiş baş komandan

Ukraynanın “Starlink”-ə güvənməsi onu həssas edir – keçmiş baş komandan

“Starlink” peyk rabitə sistemindəki uğursuzluqlar Ukraynanın müdafiə sistemində gözə çarpan zəifliyi üzə çıxarıb və onun Qərb kosmik texnologiyasından nə qədər asılı olduğunu göstərir.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri keçmiş baş komandan Valeri Zalujnı Ukraynanın “Militarny” müdafiə portalına verdiyi məqalədə bildirib;

“2025-ci ilin martında ilk dəfə olaraq Starlink rabitə sistemində qlobal nasazlıq baş verdi və 15 mart 2025-ci ildə Starlink bütün cəbhə xətti boyunca müvəqqəti olaraq nasazlıq etdi. Bütün bunlar bizim gözə çarpan zəifliyimizi nümayiş etdirdi”.

“Xarici yardıma güvənmək həm də muxtariyyət və səmərəlilik üçün risklər yaradır. Peyk məlumatlarının tədarükündən bu cür asılılıq bəzən ölkəmizə təzyiq elementinə çevrilir”.

O, 2025-ci ilin yazında Amerika kəşfiyyatının ötürülməsinin dayandırılmasına toxunaraq deyib ki, bu da Ukraynanın həm Qərb silahları ilə zərbə endirmə, həm də müdafiə imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.

Share: