Ukraynanın təhlükəsizlik təminatına dair NATO ilə müzakirə aparılıb

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak və NATO-nun keçmiş Baş katibi Anders Foq Rasmussen Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenskinin tapşırığı ilə Ukrayna üçün təhlükəsizlik təminatlarına dair müzakirə aparılıb.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, müzakirə zamanı Andriy Yermak deyib ki, Ukraynanın təhlükəsizlik zəmanətləri haqqında razılaşma NATO-ya daxil olmağı əvəz etmir: “Bu, yalnız ölkənin təhlükəsizliyinin təmin edilməsi üçün vasitədir”.

Onun sözlərinə görə, ukraynalılar artıq öz dövlətçiliyini qoruyub saxlayıblar və işğal olunmuş ərazilər mütləq geri qaytarılacaq: “Eyni zamanda, Ukraynanın gələcəkdə təhlükəsiz olmasının qayğısına qalmaq lazımdır”.

NATO-nun 12-ci Baş katibi Anders Foq Rasmussen vurğulayıb ki, əsas prioritet Ukraynanın müharibədə qələbə qazanmasıdır: “Ukraynalılar mübarizə iradəsini nümayiş etdirirlər. Odur ki, demokratik dünya bu məqsədlə onlara yardıma davam etməlidir. Bu müharibə başa çatdıqdan sonra Rusiyanın bir daha Ukraynaya soxula bilməyəcəyinə əmin olmalıyıq. Bunun ən yaxşı yolu Ukraynanın Rusiyanın gələcəkdə istənilən hücumuna tab gətirə biləcək əhəmiyyətli hərbi qüvvəyə malik olmasıdır”.

Keçmiş baş katibin fikrincə, belə bir hərbi qüvvənin yaradılması və saxlanması üçün Ukrayna müttəfiqlərin onilliklər ərzində yardımına ehtiyacı var: “Beləliklə, bu tövsiyələrin qəbulu Ukrayna xalqına belə bir siqnal göndərəcək: biz Ukraynanın müstəqilliyini və suverenliyini lazım olduğu qədər dəstəkləyəcəyik. Bunu düzgün şəkildə həyata keçirmək Avropanın təhlükəsizliyinin yeni təməl daşını qoymaq deməkdir. Əks təqdirdə, bu, Avropada böhranın kəskinləşməsinə səbəb olacaq”.

Mənbə

Share: