İspaniya Ukrayna Silahlı Qüvvələrinə 4 “Leopard” tankı verəcək.
Modern.az xəbər verir ki, bu barədə Kiyevdə səfərdə olan İspaniya baş naziri Pedro Sançez məlumat verib.
O qeyd edib ki, Ukraynaya əlavə zirehli transportyor və cərrahi avadanlıqlarla təchiz edilən səhra xəstəxanası təhvil veriləcək.
Xatırladaq ki, Sançez səfər çərçivəsində Ukrayna parlamentində çıxış edib və prezident Volodimir Zelenski ilə görüşüb.