ABŞ-ın Avropada yerləşən 101-ci Hava Desant Diviziyası Moskva ilə Kiyev arasında gərginliyin daha da artacağı və ya NATO ölkələrindən birinə hücum olacağı təqdirdə Ukraynaya daxil olmağa hazırdır.
Modern.az “TASS”a istinadən xəbər verir ki, bu barədə CBS telekanalı diviziyanın komandanlığına istinadən məlumat yayıb.
Vaşinqton keçən ilin yayında NATO-nun şərq cinahının gücləndirilməsi çərçivəsində sözügedən bölmənin demək olar ki, 80 ildə Avropaya ilk transferini elan edib. CBS telekanalının məlumatına görə, söhbət 4,7 min hərbi qulluqçudan gedir. Telekanalın jurnalistləri diviziya komandirinin müavini briqada generalı Con Lubas və diviziyanın ikinci briqadasının komandiri polkovnik Edvin Mattaidessedən müsahibə götürüblər.
“Biz NATO ərazisinin hər qarışını müdafiə etməyə hazırıq”, – deyə Lyubas CBS-in saytında dərc olunan məqalədə bildirib.
Mattaidess qeyd edib ki, onun Rumıniyada yerləşən bölməsi digər ABŞ qüvvələri ilə müqayisədə Ukrayna ərazisinə daha yaxındır və Rusiya Silahlı Qüvvələrinin hərəkətlərini “yaxından izləyir”, “təlim üçün hədəflər qurur” və “baş verənləri təkrarlayan” təlimlər keçirir.
Lubas və Matthaidess bəyan ediblər ki, NATO-ya qarşı hərbi əməliyyatlar və ya hər hansı bir hücum olarsa, onlar Ukrayna sərhədini keçməyə tam hazırdırlar.