Ukraynaya hərbi yardım qrupunun iclası keçiriləcək 

Qərb ölkələrinin yaratdığı Kiyevə Hərbi Yardımın Koordinasiyası Qrupu sentyabrın 8-də Almaniyada növbəti dəfə iclas keçirəcək.

Milletinsesi.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrikadakı komandanlığı “Twitter” səhifəsində məlumat yayıb.

İclas Almaniyanın Ramşteyn aviabazasında keçiriləcək.

Kiyevə Hərbi Yardımın Koordinasiyası Qrupuna Ukraynaya maliyyə yardımı göstərən, eləcə də silah verən 40-dan çox ölkə daxildir.

Akif İsmayılov

Mənbə

Share: