Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri 2023-cü ildə Avropa Sülh Fonduna ayrılan maliyyənin 2 milyard avro artırılması barədə razılığa gəliblər.
Modern.az xəbər verir ki, bu barədə Aİ-nin baş diplomatı Cozep Borrel məlumat verib.
Qeyd olunan Fondun vəsaiti Ukraynaya hərbi yardım göstərmək üçün nəzərdə tutulub. 2027-ci ilə qədər fondun maliyyə həcminin ümumi artımı 5,5 milyard avroya qədər olacaq.
“Bu qərar bizə tərəfdaşlarımızın silahlı qüvvələrinə hərbi dəstək verməyə davam etməyə imkan verəcək”, – Borrel bildirib.
Avropa Sülh Fondu Avropa Şurası tərəfindən 22 mart 2021-ci ildə yaradılıb. Fondun maliyyələşdirilməsi Aİ-yə üzv dövlətlərin yardımları hesabına həyata keçirilir. Hazırda Aİ fondunun vəsaitinin yarıdan çoxu Ukraynaya hərbi yardım üçün ayrılıb.
Akif İsmayılov