“Ukraynaya qalib gəlmək mümkün deyil, ömürlük Haaqaya gedəcəyəm…”

“Ukraynaya qalib gəlmək mümkün deyil, ömürlük Haaqaya gedəcəyəm…”

“Rusiya hakimiyyəti indiki kimi hərəkət etməkdə davam edərsə, Rusiya məhv olacaq…”

 

“Rusiya prezidenti hələ də Ukrayna müharibəsində iflasa uğramasının məsuliyyətini öz üzərinə götürməyib, bu, demensiya əlamətidir…”

 

Tanınmamış “Donetsk xalq respublikası”nın üzdəniraq sabiq “müdafiə naziri” İqor Qirkin (Strelkov) əmin olduğunu bildirib ki, Ukraynanın qələbəsindən sonra onu “Kiyevə aparıb asacaqlar”.

 

Moderator.az xəbər verir ki, bu barədə o, rusiyalı jurnalistə müsahibəsində deyib. Onun bu etiraf videosunu özünün Telegram-kanalında Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşşenko dərc edib.

 

“Biz bu müharibəni uduzandan dərhal sonra mən həmişəlik Haaqaya gedəcəyəm. Bundan sonra məni Kiyevə aparıb asacaqlar”, – o, deyib.

 

O, həmçinin əmindir ki, Rusiya hakimiyyəti indiki kimi hərəkət etməkdə davam edərsə, Rusiya məhv olacaq.

 

“Təəssüf ki, biz, sadə ruslar, yaxın aylarda, ən yaxşı halda yaxın illərdə baş verə biləcək olaya hazırlaşmalıyıq”, – Qirkin deyib.

 

O, həmçinin Rusiya prezidentindən şikayət edib. O cümlədən, Qirkin Kreml rəhbərinin Ukraynada müharibədə iflasa uğradığının məsuliyyətini öz üzərinə götürməməsindən narazıdır. Bu zaman Qirkin  güman edib ki, Putinin bu davranışı inkişaf edən demensiya ilə (ağıl zəifliyi-red.) bağlı ola bilər.

 

“Bizim prezdent indiyədək hələ də baş verənlərə görə məsuliyyəti öz üzərinə götürməyib. Bizdə “xüsusi hərbi əməliyyat” müdafiə nazirliyi tərəfindən aparılır. Bu, cəfəngiyyatdır.

 

Müharibə siyasətin hərbi metodlarla davam etməsidir. Prezident faktiki olaraq bütün məsuliyyəti müdafiə nazirliyinin üzərinə qoymaq ustəyirsə, bu o deməkdir ki, gerçəkdən demensiya ən yüksək səviyyəyə yüksəlib və ya gerçəklik tamamilə anlaşılmır, – Qirkin deyib.

 

Söhbət zamanı rusiyalı jurnalist Kremlin mətbuat katibinin “xüsusi hərbi əməlyyat”ın məqsədlərinin dəyişilməz qaldığı, Ukraynanın denasifikasiya və demilitarizasiya olunacağı barədə sözlərini xatırladıb.

 

“Mən, ümumiyyətlə, cəfəngiyyat yağdıran Peskovu dinləməməyə çalışıram. Lakin əgər konsepsiya belədirsə, bu, ziyankarlıq və giclik, yaxud hər ikisinin qarışığıdır”, – Qirkin bəyan edib.

 

O, əlavə edib ki, əgər Putin nüvə silahını tətbiq etməyə qərar verərsə, o zaman “bir aydan sonra Ukraynanın da belə silahı olacaq və Ukrayna da onu tətbuq edəcək”, “Qərbdə isə bunu yalnız alqışlayacaqlar”.

 

“Ukrayna üzərində qələbə qazanmaq və Ukrayna Silahlı Qüvvələrini tamamilə məhv etmək mümkün deyil”, – Qirkin deyib.

 

Xatırladaq ki, oktyabrın ortalarında Ukraynaya döyüşə yollanan Qirkin dekabrın 6-da Moskvaya dönərək, vərdiş etdiyi işlə-Rusiya ordusunda yaranmış vəziyyətin tənqidi ilə məşğul olmağa başlayıb.

Mənbə

Share: