“Rusiya tərəfinin hərəkətləri ucbatından müəyyən müddət ərzində taxıl sazişinin icrasına zəmanət vermək çox çətindir”.
Millətin Səsi.az “UNIAN”a istinadən xəbər verir ki, bunu Ukrayna maliyyə nazirinin müavini Aleksandr Kava deyib.
O vurğulayıb ki, Ukrayna taxılının “Odessa”, “Çernomorsk” və “Yujnıy” limanlarından daşınmasına tezliklə başlanılması üçün hər şey edilir. Onun sözlərinə görə, bu, 2022-ci ilin məhsulunun taxılının saxlanmasına imkan verəcək.
A. Kava qeyd edib ki, sazişə görə taxılın ixracı 120 gün ərzində həyata keçirilməlidir:
“Əgər bu dəhliz yaxşı işləsə və vaxtında Ukrayna daxilində dəniz ticarət limanlarına taxıl çatdırmaq imkanı olsa, bu vaxt kifayətdir. Mövcud vəziyyətə görə bunun müəyyən vaxt çərçivəsində baş verəcəyinə zəmanət vermək çox çətindir”.
Report.az