
Polşa vəd etdiyi “Leopard 2” tanklarının ilk partiyasını Ukraynaya təhvil verib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna baş naziri Denis Şmıqal özünün “Telegram” kanalında məlumat yayıb.
O, təhvil verilən tanklarının fotolarını da yayımlayıb.
“Bir il əvvəl Ukraynaya tanklar ukraynalıları azadlıqdan məhrum etmək üçün daxil olub. Bu gün də tanklar Ukrayna ərazisinə daxil olub, lakin azadlığı qorumaq üçün”, – baş nazir yazıb.
Akif İsmayılov